image-2000x150px
image-123
image-ads_atlas
image-iran99backend

Fars-molla rejiminin Azərbaycana növbəti xəyanəti – VİDEO

image-728x90px

Molla rejiminin Azərbaycana qarşı nifrəti səngimək bilmir. Məqam düşdükcə həm açıq-aşkar, həm də erməni qardaşlarının əli ilə Azərbaycana xəyanətlərini davam etdirirlər.

Bu dəfə isə Ermənistanın ölkəmizə qarşı son təxribatı zamanı İranın raket və dronlardan istifadə etdiyi bildirilir. Təbii ki, bu iddialar əsassız deyil. Çünki aprelin 11-də baş verən silahlı təxribat zamanı Tehran hakimiyyəti sərhəddəki ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib. Həmçinin Ukraynanın işğalında Rusiyaya dronlar tədarük etməklə hər zaman işğalçının yanında olduqlarını sübut edirlər.

Təbii ki, İran İnqilabı Keşikçiləri Korpusunun Azərbaycanla sərhədə PUA göndərməsinin səbəbi özlərinin dediyi kimi, yalnız kəşfiyyat məlumatları toplamaq və ya İranın təhlükəsizliyi ilə bağlı deyil. Çünki döyüşlərin getdiyi ərazidən İran sərhədinə qədər olan məsafə həm quru, həm də hava yolu ilə kifayət qədər çoxdur. Deməli, molla rejimi əslində Ermənistanı cəsarətləndirmək, dolayısı ilə təxribata sürükləmək üçün arxasında dayandığını göstərmək istəyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki