Fələstin rəsmiləri Avropa ölkələrinin getdikcə daha çoxunun onu rəsmi dövlət kimi tanıyacağına ümid edir.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti-yə açıqlamasında Fələstinin Avstriyadakı səfiri Salah Abdel Şafi danışıb.
Diplomat bildirib ki, iyulun 28-də keçiriləcək konfransda və ya onun nəticəsində bir sıra Avropa ölkələrinin Fələstini tanıması gözlənilir:
“Biz əminik ki, ya konfransda, ya da bunun nəticəsində getdikcə daha çox Avropa ölkəsi Fələstin dövlətini tanıyacaq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron ölkəsinin BMT Baş Assambleyasının növbəti iclasında Fələstini tanıyacağını açıqlayıb. Eyni zamanda, The Telegraph yazır ki, Makron bu məsələdə Britaniya Baş naziri Key Starmerə təzyiq göstərir.
Paris rəhbərliyinin bu mövqeyi Fələstin tərəfindən də alqışlanıb. Fələstinin vitse-prezidenti Hüseyn əl-Şeyx Fransa Prezidentinə təşəkkürünü bildirib.
Lakin İsrail tərəfi bu yanaşmanı kəskin tənqid edib. Baş nazir Benyamin Netanyahu Makronun mövqeyini qınayıb və bu addımın bölgədə sülhə xidmət etmədiyini bildirib.
DOĞRU.AZ