Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas bildirib ki, əgər İsrail BMT qətnamələrinə əməl etməsə, o zaman onun təşkilata üzvlüyü dayandırılmalıdır.
O, bunu BMT-nin Fələstinlilərin hər il mayın 15-də, yəni mayın 14-də İsrail dövlətinin yaradılmasının ertəsi günü qeyd etdiyi unudulmaz tarix olan Əl-Nəqbəyə (“Fəlakət günü”) həsr olunmuş tədbirində çıxışı zamanı deyib.
Əl-Cəzirə telekanalının məlumatına görə, Abbas BMT-ni İsraili dünya təşkilatının qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmağa məcbur etməyə çağırıb. Abbas hesab edir ki, İsrail onları pozmağa davam edərsə, onun BMT-dəki üzvlüyü dayandırılmalıdır. Fələstin lideri “müəyyən ölkələri” hərəkətsizlikdə və “Fələstin xalqına qarşı davam edən təcavüzə görə İsraili məsuliyyətə cəlb etmək istəməməkdə” ittiham edib. Abbas hesab edir ki, İsrail və onu dəstəkləyən dövlətlər fələstinlilərdən üzr istəməli və onlara təzminat ödəməlidir.
Mənbə: TASS