Türkiyənin “Fənərbağça” klubu əsas komandadan kənarlaşdırılan Rodriqo Bekao ilə birdəfəlik vidalaşmaq niyyətindədir.
Doğru.az xəbər verir ki, klub rəhbərliyi braziliyalı müdafiəçi qış transfer pəncərəsində özünə yeni komanda tapa bilmədiyi halda onunla müqaviləyə xitam verməyi planlaşdırır.
29 yaşlı futbolçunun “sarı-lacivərdlilər”lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Lakin Bekao bu mövsüm zədələr səbəbindən cəmi bir oyunda forma geyinib.
Qeyd edək ki, daha əvvəl “Fənərbağça”nın hücumçusu Cenk Tosun və yarımmüdafiəçisi İrfan Can Kahveci də əsas komandadan uzaqlaşdırılıb.
DOĞRU.AZ




























