Bu gün Türkiyə Superliqasında XIV tur çərçivəsində İstanbul derbisi keçiriləcək.
Doğru.az xəbər verir ki, “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək. “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı Yasin Kol idarə edəcək.
Komandalar indiyədək Superliqa tarixində 136 dəfə üz-üzə gəlib. Bu görüşlərin 53-də “Fənərbağça”, 38-də isə “Qalatasaray” qalib gəlib, 45 matç heç-heçə ilə başa çatıb.
Hazırda turnir cədvəlində “Qalatasaray” 32 xalla birinci, “Fənərbağça” isə 31 xalla ikinci pillədə qərarlaşıb.
DOĞRU.AZ




























