image-n1karobka_ads
image-123
image-1backend

Fergus Auld: “20 yanvar şəhidləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

Diplomat bununla bağlı özünün sosial şəbəkədəki hesabından paylaşım edib.

“Bu gün 20 yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm. Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, – deyə diplomat bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki