image-n1karobka_ads
image-123
image-1764744841341013801_1200x630backend

Fərid Qayıbov Dünya Antidopinq Konfransında Azərbaycanın təcrübəsini təqdim etdi

image-ad_qayo_720x110px

Gənclər və idman naziri Fərid Qayıbov Koreyanın Busan şəhərində keçirilən Dünya Antidopinq Konfransı 2025 (“World Anti-Doping Conference 2025”)nda iştirak edib.

Doğru.az xəbər verir ki, nazir tədbirdə antidopinq siyasətinin qlobal problemlərinə toxunub, Azərbaycanın bu sahədə gördüyü işlər, beynəlxalq əməkdaşlıq istiqamətləri və gələcək prioritetləri barədə geniş məlumat verib.

F. Qayıbov çıxışında ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təbliği (“sport lifestyle”) və digər uğurlu layihələrin əhəmiyyətini də vurğulayıb.

Səfər çərçivəsində nazir bir sıra ikitərəfli görüşlər keçirib. O, Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka və Busan Böyükşəhər Bələdiyyəsinin meri Park Heonq-cun ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib.

DOĞRU.AZ

image-1764744841587066246_1200x630 image-1764744841573748469_1200x630 image-17647448412122624303_1200x630 image-17647448412587758149_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki