image-2000x150px
image-123
image-ads_atlas
image-1622028060-698612-iuy-450x250backend

Fidan Hacıyeva “Şuşam mənim”ə klip çəkdirdi – FOTO/VİDEO

image-728x90px

Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni layihəsini təqdim edib.

News24.az xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə həsr olunan “Şuşam mənim” adlı layihənin klipi “Youtube” platformasına yüklənib.

Fidan Hacıyeva yeni layihəsi haqda açıqlama verərkən bildirib ki, “Şuşam mənim” mahnısının bəstəkarı şəhid-pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, sözlərin müəllifi isə Xalq şairi Vahid Əzizdir: “Layihəmizin rəhbəri Könül Hüseynovaya təşəkkür edirəm. Bu gözəl musiqini o yaradıb. “Şuşam mənim”in sözləri Xalq şairimiz Vahid Əzizə aiddir. Klipin rejissoru Nail Naiboğludur. Klipdə şəhid və qazi övladları, həm də mənim tələbələrim çəkilib. Uşaqlarla işləmək mənim üçün bayramdır. Çünki onları çox sevirəm. Onlar çox istedadlıdırlar”.

Layihənin rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dossenti, fəlsəfə doktoru Könül Hüseynova Şuşa azad olunduqdan sonra Xalq artistinin ona bu mövzuda əsər ifa etmək istəyini bildirdiyini deyib: “Mən də böyük məmnuniyyətlə Şuşamızın gözəlliyini, tarixi keçmişini, indiki qələbəmizi özündə əks etdirən musiqi əsərini ərsəyə gətirdim. Biz də bu əsəri cənab prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə həsr edirik”.

Klipin rejissoru Nail Naiboğlu çəkilişlər haqda danışarkən layihənin uğurlu olacağına əminliyini dilə gətirib: “Dəyərli Xalq artisti Fidan xanım Hacıyevanın “Şuşam mənim” adlı layihəsinə klip çəkirik. Klipdə Fidan xanımın vokal məktəbinin tələbələri çəkilib. Onların hər biri gələcəyin ulduzlarıdır. O qədər peşəkar uşaqlardılar ki, onlarla işləməkdən zövq aldım. İnanıram ki, maraqlı layihə olacaq. Düzdür, müəyyən səbəblərdən hələ ki Şuşada klip çəkə bilmirik. Amma inanıram ki, tezliklə bunu da edəcəyik. Azərbaycanımızın hər yeri Qarabağdır, Şuşadır” deyə, rejissor qeyd edib.

Klipin çəkilişləri Mərkəzi Nəbatat Bağı və Rəşid Behbudov adına Mahnı Teatrında reallaşıb. Fidan Hacıyeva klipdə üç geyimdən istifadə edib. Geyimlərdən biri isə daha çox diqqət çəkib. “Xarıbülbül”ü özündə ehtiva edən bu geyim “Yes couture” aiddir.

Klipdə çəkilən balaca istedadların da geyimləri bu moda evinə məxsusdur.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki