image-n1karobka_ads
image-123
image-685ef00eae5ac94f12457c87backend

Fidan: Türkiyə Ukrayna ilə bağlı üçüncü raund danışıqlara ev sahibliyi etməyə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya və Ukrayna arasında danışıqların üçüncü raunduna ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə RİA Novosti yazır.

Nazirin sözlərinə görə, o, ötən gün hər iki tərəfin nümayəndələri ilə əlaqə saxlayıb. İkinci raundda əldə olunmuş qərarların icrası, o cümlədən əsirlərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi tamamlanmaq üzrədir.

Fidan qeyd edib ki, tərəflər qarşılıqlı öhdəlikləri yerinə yetirsələr, danışıqların yeni mərhələsini keçirmək iradəsi var.

Agentlik Fidandan sitat gətirib: “Rusiya tərəfi artıq bunu bəyan edib. Biz danışıqları qəbul etməyə hazırıq. Əsas odur ki, münaqişənin qarşısı alınsın”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki