FIFA 2026-cı il dünya çempionatının mükafat fondu açıqlanıb.
Doğru.az xəbər verir ki, mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dollarıdır. Turnirə qatılan 48 ölkənin yığması bu məbləğin 655 milyon dollarını alacaq ki, bu da DÇ-2022 ilə müqayisədə 50% artım deməkdir.
Qalib 50 milyon, finalda uduzan 33 milyon, üçüncü yer 29 milyon, dördüncü yer isə 27 milyon dollar qazanacaq. Digər komandalar isə 5-8-ci yerlər üçün 19, 9-16-cı yerlər üçün 15, 17-32-ci yerlər üçün 11, 33-48-ci yerlər üçün 9 milyon dollar mükafat alacaq.
Hər bir yığma final mərhələsinə vəsiqə qazandığı üçün hazırlıq xərclərini ödəmək məqsədilə əlavə 1,5 milyon dollar əldə edəcək. Beləliklə, bütün iştirakçılara minimum 10,5 milyon dollar ödəniləcək.
DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
DOĞRU.AZ




























