FİFA meydandan kənar epizodların və ofsaydların daha dəqiq müəyyənləşdirilməsi məqsədilə yeni texnologiyaların sınaqlarına başlayıb.
Doğru.az xəbər verir ki, BBC-nin məlumatına görə, Beynəlxalq Futbol Federasiyası qol vurulmazdan əvvəl topun meydanın kənarına çıxıb-çıxmadığını müəyyən edə bilən texnologiyanı artıq test edir. Yeni sistem “Out of Bounds” adlandırılır.
Bununla yanaşı, FİFA ofsayd xəttinin daha operativ aşkarlanması üçün real vaxt rejimində 3D rekonstruksiya imkanlarını da genişləndirib. Məqsəd hakim qərarlarının daha sürətli və dəqiq verilməsidir.
Qeyd olunub ki, bu texnologiyaların nə vaxt geniş miqyasda tətbiq ediləcəyi hələlik məlum deyil.
Xatırladaq ki, daha əvvəl Aleksandr Kerjakov 2005-ci ildə Almaniya ilə oyunda vurulan qolun müəllifi olması ilə bağlı FİFA-dan göndərilən məktubun bir hissəsini paylaşmışdı.
DOĞRU.AZ




























