“Müsəlman Qardaşlar” islamçı təşkilatı Avropadakı siyasi proseslərə təsir etmək üçün Fransa və Avropa İttifaqında şəbəkə yaradıb, Le Figaro Fransa kəşfiyyatının məxfiliyi ləğv edilmiş hesabatına istinadən yazır.
“Müsəlman Qardaşları Avropadakı fəaliyyətini strukturlaşdırılmış təşkilatlar şəbəkəsi vasitəsilə, xüsusən də dövlət qurumlarında lobbiçilik etmək üçün cəmləşdirir”, – nəşr yazır.
Sənəddə göstərilir ki, Avropa institutları ilk növbədə islamçı təşkilatların maliyyə mənbəyidir. Bu, onlara siyasi proseslərə uğurla təsir etmək imkanı verir.
Nəşr yazır ki, “Müsəlman qardaşları” şəbəkələri Belçika, Avstriya və Almaniyada geniş yayılıb.
Fransada bu təşkilatın 139-a yaxın şöbəsi var.
DOĞRU.AZ