Filippində çoxlu avtomobil qəzası baş verib, ölənlərin sayı 4-ü uşaq olmaqla 12-yə çatıb. Qəza ölkənin məşhur SCTEX (Subic-Clark-Tarlac) ekspress yolunda baş verib.
Polisin məlumatına görə, qəzaya mikroavtobus və bir avtobus da daxil olmaqla 5 avtomobil cəlb olunub.
Avtobus sürücüsünün sükan arxasında yuxuya getdiyi güman edilir. O, sağ qalıb və hazırda həbsdədir, ABS-CBN xəbər verir.
Aprelin 30-da Kopenhagendə avtomobil izdihamın üzərinə sürüb , bir neçə nəfər yaralanıb.
DOĞRU.AZ