image-ads_n1karobka_mobile
image-ap23159263454318-pic_32ratio_1200x800-1200x800-64220backend

Filippində oyanan vulkan səbəbiylə 10 minə yaxın insan təxliyə edilib

Filippinin Luzon adasındakı Albay əyalətinin hakimiyyət orqanları Mayon vulkanının püskürməsi təhlükəsi ilə əlaqədar 10 min insanı təxliyə edir, GMA xəbər verir.

“Cümə günü səlahiyyətlilər Mayon vulkanının 4 kilometrlik Daimi Təhlükə Bölgəsində (PDZ) yaşayan 2400 ailəni və ya 10 000 nəfəri təxliyə etməyə başlayıblar”, – deyə telekanal bildirib.

Hündürlüyü 2462 metr olan vulkan Legazpi şəhəri yaxınlığında əsas Luzon adasının cənub-şərqindəki Bikol bölgəsində yerləşir. Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) bir gün əvvəl oyandığını elan etdi. İnstitut daha sonra püskürmənin xəbərdarlıq statusunu üçüncü səviyyəyə qaldırdı, bu da “təhlükəli püskürməyə doğru artan tendensiyanın” mənasını verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki