Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen Moskvaya qarşı tətbiq edilən məhdudiyyətlərdən “adi vətəndaşların” da əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, rus xalqı başa düşməlidir ki, “Ukraynadakı hadisələrin əvəzini onlar ödəməlidir”.
Valtonen bu barədə “The Washington Post”a müsahibəsində bildirib.
“Bəli, adi vətəndaşlar sanksiyalardan əziyyət çəkirlər. Amma bizim seçimimiz olduğunu düşünmürəm. Rusiya və rus xalqı başa düşür ki, bu cür ədalətsiz və qeyri-qanuni müharibə aparmağın bədəli var. Bunu göstərmək bizim üçün vacibdir”, – Valtonen bildirib.
Mənbə: A Haber