Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun bağlanmasına və Finlandiya diplomatlarının ölkədən çıxarılmasına cavab olaraq Finlandiya hakimiyyəti Turkudakı Baş Konsulluğu bağlaya bilər.
Bu barədə Finlandiya prezidenti Sauli Niiniste öz Twitter səhifəsində yazıb.
“Biz cavablar hazırlayırıq. Sankt-Peterburq Baş Konsulluğunun bağlanmasına ekvivalent cavab Rusiyanın Turkudakı konsulluğunun bağlanmasıdır”, – Finlandiya prezidenti yazıb.
Bundan əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bildirmişdi ki, Finlandiyanın Moskvadakı səfiri Antti Helanterya iyulun 1-dən etibarən qarşılıqlı konsulluğun azaldılması və Rusiyanın Lappeenrantadakı səfirliyinin ofisinin bağlanması barədə qərar qəbul edilib.
Qeyd edilir ki, qərar Rusiya-Finlandiya münasibətlərinin hazırkı səviyyəsinə uyğundur.
Mənbə: BBC