Finlandiyanın yeni hökuməti Rusiyanı dəstəkləyən Afrika və Asiyanın inkişaf etməkdə olan ölkələrinə maliyyə yardımından imtina etmək niyyətindədir və diqqətini Ukraynanın maliyyələşdirilməsinə yönəldəcək.
“The Times” xəbər verir ki, bunu Finlandiyanın yeni ticarət və beynəlxalq inkişaf naziri Ville Tavio deyib.
Helsinki hesab edir ki, Ukrayna münaqişəsində Rusiyanın mövqeyini dəstəkləyən ölkələrin inkişafı üçün pul ödəmək “mənəvi cəhətdən yanlışdır”.
“Finlandiyanın əsas vəzifəsi Ukraynaya kömək etməkdir. Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən ölkələrə inkişaf yardımını davam etdirmək mənəvi cəhətdən yanlışdır”, – deyə Tavio bildirib.
Eyni zamanda, nazir konkret hansısa ölkənin adını çəkməyib. Finlandiyadan pul alan əsas ölkələr Mozambik, Nepal, Keniya, Efiopiya və Tanzaniyadır.
Mənbə: TASS

























