image-2000x150px
image-123
image-ads_atlas
image-3f068efa4e7b4a8b39055b701164549bbackend

Finlandiya Ukraynaya humanitar yardım paketi ayırır

image-728x90px

Finlandiya Ukraynaya 35 milyon avro məbləğində yeni humanitar yardım paketi ayırır.

Bu barədə Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu ilin iyulunda Finlandiya hökuməti Ukraynaya 70 milyon avro maliyyə vəsaiti ayırmışdı.

Yeni humanitar yardım paketinin 15 milyon avrosu humanitar ehtiyaclara yönəldiləcək, 8 milyonu isə Ukraynadakı ictimai təşkilatlara kömək edən BMT fonduna köçürüləcək. Daha 5 milyon avro isə Ümumdünya Ərzaq Proqramına, 2 milyon avro Ukraynanın cənub və şərqindən olan qurbanlara yardım göstərən BMT-nin Əhali Fonduna təqdim ediləcək.

Bundan əlavə, 15 milyon avro təhsil işçilərinin maaşlarının ödənilməsinə yönəldiləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki