Fransanın Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə dair çıxarılan orderi ləğv edib.
Doğru.az xəbər verir ki, məhkəmə qərarında dövlət başçısının toxunulmazlığının istisna hallarda belə pozula bilməyəcəyi vurğulanıb. “Heç bir istisna dövlət başçısının şəxsi toxunulmazlığını ləğv edə bilməz”, – deyə məhkəmə sədri Kristof Sular bildirib.
Qeyd olunub ki, Əsəd artıq prezident vəzifəsində olmadığı üçün gələcəkdə ona qarşı yeni həbs orderləri verilə bilər.
Xatırladaq ki, politoloq Yuri Lyamin daha əvvəl bəyan etmişdi ki, Əsəd Rusiyada olduğu müddətdə nə ABŞ, nə də Avropa İttifaqı onunla təmas qura bilməz.
DOĞRU.AZ