Fransa prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya dövlət səfərinə gələcək. Onun mətbuat xidməti xəbər verir ki, səfər Almaniya prezidenti Frank-Valter Ştaynmayerin dəvəti ilə baş tutacaq.
Qeyd olunur ki, bu, Fransa prezidentinin son 23 ildə Almaniyaya ilk dövlət səfəridir.
“Emmanuel Makron 2023-cü il iyulun 2-dən 4-dək Almaniyaya dövlət səfəri edəcək. Prezident Makron Yelisey Sazişinin 60-cı ildönümünü qeyd etmək üçün etdiyi dövlət səfəri ilə ölkələrimiz arasındakı sıx dostluğa ehtiramını bildirir.
Mənbə: BBC.com
Doğru.az