image-2000x150px
image-123
image-ads_atlas
image-17051483334341951503_1200x630backend

Fransada Xan qızına görə etiraz aksiyası keçirilir – VİDEO

image-728x90px

Fransada azərbaycanlı şair Xan qızı Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına cavab olaraq, Azərbaycan və türk icmalarının üzvləri bu gün Evianda etiraz aksiyası keçirirlər.

“Doğru.az” xəbər verir ki, Azərbaycan icmasının üzvləri aksiyanın keçirilməsi üçün yerli hakimiyyət orqanlarından icazə alıb və hüquq-mühafizə orqanları aksiya zamanı təhlükəsizliyi təmin edirlər.

Fransadakı Azərbaycan icması tərəfindən təşkil olunan etiraz aksiyasında Xurşidbanu Natəvanın irsinin qorunmasına, Eviandakı “Azərbaycan bağı”nın adının bərpasına, ədəbiyyatda, eləcə də qadın azadlığında böyük rolu olan X. Natəvanın xatirəsini ehtiramla anmağa və onun irsinin qorunub saxlanması üçün həmrəyliyə çağırışlar edilib.

Etirazçılar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bən şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki