image-n1karobka_ads
image-123
image-3backend

Fransadan Qəzza bəyanatı: “Fələstin dövlətini tanımaqda qərarlıyıq”

Fransanın Nəqliyyat naziri Klemən Barro LCI telekanalına müsahibə verib.

Türkiyənin “Hürriyət” qəzeti xəbər verir ki, o, Yaxın Şərqdə baş verən hadisələri şərh edib.

Qəzzada humanitar yardım paylanarkən insanların həlak olmasını “biabırçılıq, utanc və insan ləyaqətinə zidd” adlandırıb. Barro bildirib ki, Fransa və Avropa Qəzzada yardım paylanmasının təhlükəsizliyinə dəstək verməyə hazırdır.

O, İsrailin hücumlarını davam etdirməsi üçün heç bir əsas olmadığını qeyd edib. Nazir Fələstin dövlətini tanımaqda qərarlı olduqlarını bildirib.

Bu qərar, bütün tərəfləri Fələstin dövlətinin qurulmasına şərait yaratmağa təşviq edəcək birgə addımlar çərçivəsində atılacaq.

Barro həmçinin İran məsələsinə də toxunub. O deyib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə icazə verməzsə, bu, ciddi məsələdir.
“Əgər Tehran hökuməti nüvə proqramı ilə bağlı danışıqlardan imtina edərsə, Fransa tərəfdaşları ilə birgə İrana qarşı sanksiyalar tətbiq edə bilər.Sanksiyalar silah, nüvə avadanlıqları, bank və sığorta sahələrini əhatə edə bilər.”-deyə Fransanın Nəqliyyat naziri bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki