Fransada hökumət israfçılığın azaldılmasına yönəlmiş yeni proqram çərçivəsində paltar və ayaqqabıların təmirinə görə “təmir bonusu” ödəyəcək.
Bu barədə The Guardian yazır.
Fransada hər il təxminən 700.000 ton paltar tullanır ki, bunun da üçdə ikisi zibilliklərə axır. Oktyabr ayından insanlar emalatxanalarda və ya çəkməçilərdə paltar və ayaqqabı təmiri xərclərinə görə 6 avrodan 25 avroya qədər kompensasiya ala biləcəklər.
Ətraf Mühit üzrə Dövlət Katibi Béranger Couillard, Parisdəki ağıllı moda mərkəzinə səfəri zamanı maliyyə stimullarının tətbiq edildiyini açıqladı. Onun sözlərinə görə, təmir işləri üçün bonuslar hökumətin növbəti beş il üçün ayırdığı 154 milyon avroluq fonddan gələcək.
O, bütün tikiş sexlərini və ayaqqabı ustalarını Refashion ekoloji təşkilatı tərəfindən həyata keçiriləcək bu proqrama qoşulmağa dəvət edib.
“Məqsəd təmirdə iştirak edənlərə dəstək olmaqdır. Bu, emalatxanaları və pərakəndə satıcıları “yeni iş yerləri yaratmağa ümid edərək” təmir xidmətləri təklif etməyə təşviq edəcək, Couillard deyib.
Mənbə: A haber