image-n1karobka_ads
image-123
image-16237361402343260288_1200x630backend

Futzal üzrə 2025-2026 mövsümünün püşkü sentyabrın 8-də atılacaq

image-ad_qayo_720x110px

Futzal üzrə Yüksək və Birinci Liqalarda 2025-2026-cı illər mövsümünün püşkü atılacaq.

Doğru.az xəbər verir ki, mərasim sentyabrın 8-i saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Qeyd edək ki, Yüksək Liqada 6 komanda – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi”, “Şuşa”, “U-19” və “Lənkəran”, Birinci Liqada isə 10 komanda – “Baku Fire-2”, PFL, “Xan-Lənkəran-2”, “STAR karqo”, “Timsport”, “Atletiko Baku”, “Trabzon – Azərbaycan”, “Ulduz”, “Dəstə Ordubad” və “Yeni Suraxanı” iştirak edəcək.

Yüksək Liqada oyunlar 4 dövrə və 20 turdan, Birinci Liqada isə 1 dövrə və pley-off mərhələsindən ibarət olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki