Yanvarın 8-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz olacaq.
Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-qərb küləyi əsəcək, səhər mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 11-16 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.
DOĞRU.AZ




























