Google Chrome brauzeri və Esc düyməsi üçün yeni funksiyanı sınaqdan keçirir.
Bu barədə ITHome portalı məlumat yayıb.
Yenilik brauzerin ünvan sətrində yeni keçid təqdim edən Chrome Canary 124-ün ən son beta versiyasında müşahidə edilib. Esc düyməsini basıb tutaraq tam ekran rejimindən çıxmağa imkan verir.
Funksiya bütün masaüstü əməliyyat sistemləri – Mac, Windows, Linux, ChromeOS, Fuchsia və Lacros üçün universal olacaq.
Mənbə: Gazeta.ru