image-n1karobka_ads
image-123
image-17249309862352139189_1200x630backend

Goranboy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi istifadəyə verilib – FOTO

image-ad_qayo_720x110px

Goranboy Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a bildirilib ki, açılış mərasimində TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov, Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayev, “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi üzrə Komissiyanın” bir qrup üzvü və digər əməkdaşlar iştirak ediblər.

Hemodializ şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən Rauf Yahyayev bildirib ki, Goranboy rayonunda böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ şöbəsindən səmərəli istifadə edə biləcəklər.

Şöbədə 10 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb, xəstələrin istirahəti üçün bütün şərait yaradılıb. Mərkəzin otaqları yumşaq inventar, lazım olan tibbi avadanlıqlarla təmin edilib. Mərkəzdə ayda orta hesabla 60-dan çox xəstə dializ olunacaq. Hazırda Goranboyda bu kateqoriyadan olan 70-dən çox xəstə var.

Yeni Hemodializ şöbəsində 2 həkim, 2 texnik olmaqla, ümumilikdə 15 nəfər tibbi heyət xidmət göstərəcək.

Şöbədə dializ zalı, osmos otağı, 2 həkim otağı və gözləmə zalı yerləşir.

DOĞRU.AZ

image-1724930986413546984_1200x630 image-17249309862338940908_1200x630 image-17249309863847535075_1200x630 image-17249309862054717499_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki