image-2000x150px
image-yenigundem_b0412a51f2aa91d3f816dc6aad44cbec_3wgt7rq2afj5nxuvhz1k-620x460backend

Goranboyda mülki şəhidin anım mərasimi keçirilib – FOTO

image-728x90px

Bu gün Vətən müharibəsinin mülki şəhidi Goranboy şəhər sakini Quliyeva Türyan Tofiq qızının anım mərasimidir. Dinc mülki vətəndaş Türyan Quliyeva erməni terroru nəticəsində raket mərmi zərbəsinin qurbanı olub

Goranboy şəhərində mülki şəhid Quliyeva Türyan Tofiq qızının anım mərasiminin keçirilməsi üçün 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov şəhid ailəsi ilə görüş keçirib. Görüşdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, rayon ağsaqqalları iştirak edib.

Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra anım mərasiminin keçirilməsi üçün deputat tərəfindən göndərilən sovqat şəhidin ailə üzvlərinə təqdim edilib, həmçinin ailəni narahat edən məsələlər müzakirə olunub, təkliflər dinlənilib.

Allah bütün şəhidlərə rəhmət eləsin.

DOĞRU.AZ

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki