Sentyabrın 4-də Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə “Grand Swiss 2025” beynəlxalq turnirinə start veriləcək.
Doğru.az xəbər verir ki, Azərbaycanı bu mötəbər yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcəklər.
Sentyabrın 15-dək davam edəcək turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yekun nəticəyə əsasən, 2 kişi və 2 qadın şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 855 min ABŞ dollarıdır.
DOĞRU.AZ