image-n1karobka_ads
image-123
image-673327a902e8bd0fab6ffa27backend

Guardian: Bayden Trampın andiçmə mərasimindən əvvəl Ukraynada münaqişəyə son verə bilər

image-ad_qayo_720x110px

ABŞ-ın hazırkı prezidenti Co Bayden hələ də Rusiya ilə danışıqlar yolu ilə Ukrayna münaqişəsinə son verə bilər, The Guardian yazır.

Köşə yazarı Saymon Cenkinsin sözlərinə görə, andiçmə mərasimindən sonra ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp döyüşləri davam etdirmək üçün təzyiqlərə məruz qalacaq.

“Trampın ikinci müddətinin xaos və qeyri-müəyyənliyi başlamazdan əvvəl razılaşma əldə etmək mümkün ola bilər” deyə məqalə müəllifi təklif edib.

O hesab edir ki, münaqişəyə son qoymaq üçün Bayden danışıqlara başlamalıdır.

Bundan əvvəl türkiyəli analitik Serhat Lətifoğlu bildirmişdi ki, Birləşmiş Ştatlar sürpriz yarada və ilin sonuna qədər sülh danışıqlarına başlamaq təşəbbüsü irəli sürə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki