image-ads_n1karobka_mobile
image-69e9870102e8bd4dcd498c75backend

Güclü ZƏLZƏLƏ: BU ÖLKƏDƏ…

Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib ki, Sakit okeanda, Şimali Kuril adaları sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Doğru.az xəbər verir ki, ekspert bu barədə RİA Novosti jurnalistlərinə açıqlama verib.

Məlumata görə, yeraltı təkanlar aprelin 23-də səhər saatlarında baş verib. Zəlzələnin episentri Severo-Kurilskdən 97 km şərqdə, Paramuşir adası yaxınlığında yerləşib. Yerli sakinlər 3–4 bal gücündə təkanlar hiss etsə də, sunami təhlükəsi elan olunmayıb.

Seysmoloqun sözlərinə görə, zəlzələnin ocağı 34 km dərinlikdə qeydə alınıb. Daha əvvəl Yaponiyanın Aomori prefekturasında 7,4 bal gücündə zəlzələnin baş verdiyi də bildirilmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki