image-n1karobka_ads
image-123
image-creator-gd-jpeg-v1-0-using-ijg-jpeg-v62-quality-100backend

“Güləş Qarabağda” kampaniyasına yekun vuruldu – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Güləş Federasiyasının (AGF) həyata keçirdiyi “Güləş Qarabağda” kampaniyası başa çatıb.

Doğru.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə reallaşan kampaniyanın son dayanacağı Füzuli rayonu olub. Güləşin tanınmış simaları IV Qayıdış qəsəbəsində yerləşən güləş zalında yeniyetmə və gənc idmançılarla görüş keçiriblər.

Görüş zamanı idmançılar gəncləri əzmkarlıq, mübarizlik və nizam-intizamlı olmağa çağırıb, böyük hədəflərə inamla irəliləməyin vacibliyini vurğulayıblar. Federasiyanın inventar dəstəyi ilə fəaliyyət göstərən zalın məşqçisi Vüsal Eminov bu cür görüşlərin gənclər üçün mühüm motivasiya mənbəyi olduğunu bildirib. Ardınca yeniyetmə və gənc güləşçilərə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Beləliklə, “Güləş Qarabağda” kampaniyasına yekun vurulub. Qeyd edək ki, layihə çərçivəsində Xankəndi, Laçın, Şuşa və Füzulidə təbliğat-təşviqat xarakterli tədbirlər təşkil edilib.

Kampaniyanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə güləşi təbliğ etmək, bu idman növünün populyarlığını artırmaq, gənc nəslin motivasiyasını yüksəltmək və onların milli ruhda formalaşmasına töhfə vermək olub

DOĞRU.AZ

image-17659717172201626215_1200x630 image-17659717172853048128_1200x630 image-17659717176541158195_1200x630 image-17659717176264633892_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki