image-2000x150px
image-123
image-ads_atlas
image-41742_y4bssh3h0mbackend

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO

image-728x90px

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Dövlət başçısı və xanımı mənzillərin açarlarını sakinlərə təqdim ediblər.

Doğru.az modern.az-a istinadən xəbər verir ki, mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub .

S.Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə ötən il təyin olunub.

O, görüş zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür edib.

“Təşəkkür edirəm, minnətdaram. Bu gün atamın ruhu şaddır. Bütün şəhidlərimizin ruhu şaddır. Biz Sizinlə fəxr edirik, qürur duyuruq. Təşəkkür edirəm, çox sağ olun”, – o deyib.

Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1991-ci ilin 11 dekabrında Şuşadakı iş otağında güllələnərək öldürülüb.

DOĞRU.AZ

image-41741_b3s2s3i31l

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki