image-ads_n1karobka_mobile
image-69d21c58ae5ac90d1006b178backend

Günəş ilin ən parlaq kometasını uddu

image-add-a-heading

Rusiya alimləri Günəşə yaxınlaşan kometa ilə bağlı diqqətçəkən məlumat yayıb.

Doğru.az xəbər verir ki, Rusiya Elmlər Akademiyası-nın Kosmik Tədqiqatlar İnstitutu Günəş Astronomiya Laboratoriyası ilin ən parlaq kometası sayılan C/2026 A1-in artıq müşahidə olunmadığını bildirib.

Laboratoriyanın Telegram kanalında yayılan açıqlamada qeyd olunur ki, kometa yenidən Günəşin baxış sahəsinə qayıtmayıb və bu, səma cisminin Günəş tərəfindən udulduğunu göstərir. Alimlərin sözlərinə görə, kometanın uçucu maddələri Günəş tacında dağılıb, böyük qaya parçalarının isə ulduzun səthinə düşməsi ehtimal olunur. Toz quyruğunun bir hissəsi qopub və yaxın vaxtlarda tam yox olacaq.

Mütəxəssislər bildirir ki, C/2026 A1 əsrlər əvvəl parçalanmış nəhəng kometin qalıqlarından ibarət olan Kreutz komet ailəsinə aid idi. İlkin proqnozlara görə kometanın Ay qədər parlaq olması gözlənilsə də, onun daha kiçik olması səbəbindən nəhəng quyruq formalaşmayıb.

Hazırda isə alimlər ən parlaq kometa kimi C/2025 R3 (PANSTARRS)-ı göstərirlər. Bundan əvvəl institut Günəşdə çox güclü partlayış baş verdiyini də açıqlamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki