image-n1karobka_ads
image-123
image-6905b7b4ae5ac94a2811746dbackend

Gürcüstan Avronest iclaslarında iştirak etməyəcək

image-ad_qayo_720x110px

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, ölkə bundan sonra Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməyəcək.

Doğru.az xəbər verir ki, Papuaşvilinin sözlərinə görə, Avronest Avropa Parlamenti tərəfindən şantaj alətinə çevrilib və üzv dövlətlərin seçkilərinə və demokratik təsisatlarına müdaxilə etməyə çalışır.

“Avronest-in gürcü xalqının iradəsinə məhəl qoymaması və öz təsisçi mandatından kənara çıxması qəbuledilməzdir”, – spiker sosial şəbəkədə yazıb. O, Gürcüstana qarşı ədalətsiz münasibət səbəbindən bu qərarın alındığını vurğulayıb.

Qeyd edək ki, Tbilisi artıq oktyabrın 28-30-da Yerevanda keçiriləcək 12-ci plenar sessiyada iştirakdan imtina etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki