image-2000x150px
image-123
image-ads_atlas
image-gurcu_mektebbackend

Gürcüstan məktəblərində Azərbaycan dili dərsləri AZALDILDI

image-728x90px

Gürcüstanın Təhsil və elm naziri Mixeil Çxenikelinin imzaladığı qərardan sonra bir sıra məktəblərdə ana dili beş saatdan üç saata endirilib.

Dərs saatları qonşu ölkənin azərbaycan dili tədris olunan məktəblərindən də yan keçməyib.

Məlumata görə, belə məktəblərin sayı Marneuli, Bolnisi, Dmansi, Qardabani və sair rayonlarında kifayət qədərdir.

Məlumata görə, milli tədris planına edilən dəyişikliyə əsasən qeyri-gürcüdilli məktəblərdə ana dili həftədə maksimum 5, minimum 3 saat tədris edilə bilər.

Bildirilir ki, qeyri-gürcüdilli məktəblərdə ikinci xarici dilə məktəb həftədə iki dərs saatı ayırarsa, bu zaman ana dili maksimum həftədə 3 dəfə tədris edilməlidir.Bu isə məcburi olaraq ana dilinin tədris sayının azalmasına gətirib çıxarıb.

Gürcüstanın Təhsil Nazirliyindən bildirilib ki, bu barədə bütün öhdəlik və seçim məktəb direktorlarının üzərinə düşür və nazirlik onların seçiminə müdaxilə etmir.

Bu cavabdan sonra məlum olur ki, azərbaycandilli məktəblərin direktorları özləri seçim etməlidirlər. Yəni beş saat ana dilinə və ya iki saat rus dilinə, yaxud üç saat ana dilinə üstünlük verməlidirlər.

Yayılan məlumatlara əsasən yuxarıda qeyd olunan bələdiyyələrdə artıq bir sıra məktəb direktorları üç saat ana dilini, iki saat isə rus dilini tətbiq etməyə başlayıblar.

Xatırladaq ki, Gürcüstanın Təhsil və elm naziri Mixeil Çxenikeli 19 avqust 2022-ci il tarixində “Milli təhsil planının təsdiq edilməsi ilə bağlı” qərara dəyişikliklə bağlı sərəncam imzalayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki