Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinə Aİ üzvlüyünə namizəd statusunun verilməsindən imtinanı ədalətsizlik adlandırıb.
Qaribaşvilinin sözlərinə görə, Moldova və Ukrayna Aİ-yə namizəd statusunu qabaqcadan alıb, bundan sonra onlara öhdəlik və tövsiyələrin yerinə yetirilməsinin zəruriliyi bildirilib. Lakin Gürcüstanda Aİ bunun əksini etdi.
“Bu, bizim üçün olduqca kədərli idi, hesab edirəm ki, bu, ədalətsiz idi”, – Gürcüstanın baş naziri deyib.
Mənbə: TASS