Gürcüstan parlamentinin Prosessual Məsələlər və Qaydalar Komitəsi prezident Salome Zurabişvilinin impiçment proseduruna başlamaq üçün toplanan deputatların imzalarının həqiqiliyini təsdiqləyib.
Bu barədə komitənin sədri İrakli Kadagişvili bildirib.
“Yoxlama nəticəsində 80 parlament üzvünün imzalarının həqiqiliyi müəyyən edilib”, – Kadagişvili komitənin rəyini açıqlayıb.
O vurğulayıb ki, imzaların həqiqiliyi parlamentarilərlə şəxsi ünsiyyətdə təsdiqlənib. Artıq Prosessual Məsələlər və Qaydalar Komitəsi öz rəyini əlavə baxılması üçün ölkənin Konstitusiya Məhkəməsinə göndərmək səlahiyyətinə malik olan şəxslərə göndərəcək.
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlandığını elan edib. O, bu qərarını prezidentin dövlətin əsas qanununu pozması kimi izah edib. “Gürcü Arzusu”na görə, bu, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinin başlanğıcıdır. Eyni zamanda parlamentdə impiçmentin həyata keçirilməsi üçün təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin səsi tələb olunacaq.
Mənbə: Reuters