Gürcüstan parlamentinin deputatları ölkənin Böyük Vətən Müharibəsində Qələbə Gününün mayın 9-dan 8-nə keçirilməsi haqqında qanun layihəsini birinci oxunuşda dəstəkləməyiblər. İclas parlamentin saytında yayımlanıb.
Əmək Məcəlləsinə dəyişiklikləri 20 deputat dəstəkləyib, 4 deputat əleyhinə olub.
Qanun layihəsinin müəllifi, müxalifətçi deputat Teona Akubardiya bu təşəbbüsü belə əsaslandırıb ki, nasist Almaniyası üzərində Qələbə günü Rusiya Federasiyası ilə deyil, Avropa ilə eyni gündə qeyd olunmalıdır. Onun sözlərinə görə, təklif olunan qanun layihəsində müharibə veteranlarına və digər şəxslərə bayramı 9 Mayda qeyd etməyi qadağan etmir, amma rəsmi bayram mayın 8-i olmalıdır.
Hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının deputatları qanun layihəsini tənqid edib və onun cəmiyyətdə parçalanmaya səbəb ola biləcəyini irəli sürüblər. Parlamentarilər həmçinin qeyd ediblər ki, indi Almaniyanın təslim olma paktının hansı saatda imzalandığını müzakirə etmək absurddur.
Mənbə: Sputnik