image-n1karobka_ads
image-123
image-a34png-1717704215backend

Gürcüstan Rusiya ilə Abxaziya arasında aviareyslərin açılmasını normaların pozulması hesab edir

Gürcüstanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Levan Davitaşvili bəyan edib ki, Rusiya ilə Abxaziya arasında mülki aviareyslərin açılması beynəlxalq normaların pozulmasıdır.

“Belə uçuşların həyata keçirilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) standartlarının pozulmasıdır. Üstəlik, söhbət beynəlxalq sanksiyalar altında olan Rusiya aviaşirkətlərindən gedir”, – “İnterfaks” onun sözlərini sitat gətirib.

Bundan əvvəl Moskvadan 30 ildə ilk müntəzəm reys Suxumi hava limanına eniş edib.

Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib ki, Nijni Novqoroddan Suxumiyə ilk uçuş bu həftə həyata keçiriləcək .

Abxaziya Xarici İşlər Nazirliyi Rusiya ilə hava nəqliyyatının başlamasını tarixi hadisə adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki