Gürcüstan vətəndaşları ilə Cənubi Osetiya və Abxaziya xalqları arasında barışıq, üzr istəmədən və qarşılıqlı bağışlanmadan mümkün deyil.
TASS xəbər verir ki, bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
“Münaqişənin həllinin iki yolu var – müharibə var, ikinci yol isə qarşılıqlı bağışlanmadır. Biz qarşılıqlı bağışlama yolunu seçirik”, – Mdinaradze brifinq zamanı bildirib.
Bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi şurası bəyanat yayıb ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müharibəyə 2008-ci ilin avqustunda kənardan gələn sifarişlə başlayıb.
Mənbə TASS