image-n1karobka_ads
image-123
image-68248291ae5ac964fa074096backend

Gürcüstanda keçmiş müdafiə naziri Okruaşvili həbs edilib

Tbilisi məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilini parlament komissiyasının iclasına gəlməkdən imtina etdiyinə və girov pulunu ödəmədiyinə görə həbslə əvəz edib.

Bu barədə İnterpressnews agentliyi yazır.

“Məhkəmə artıq İrakli Okruaşviliyə qarşı həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edib, bundan sonra o, məhkəmə zalında həbs edilib”, – məqalədə deyilir.

Bildirilir ki, məhkəmə iclasa gəlmədiyi üçün Okruaşvilini 20 min lari (7300 dollardan çox) girov ödəməyə məcbur edib. Prokurorluq həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb və məhkəmə vəsatəti təmin edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki