image-n1karobka_ads
image-123
image-675d738fae5ac96b0941d121backend

Gürcüstanın baş naziri: Zurabişvili prezident sarayını tərk etməli olacaq

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin hazırkı prezidenti Salome Zurabişvili prezident sarayını tərk etməli olacaq.

Onun sözləri TASS-a istinadən xəbər verir.

“Düz iki həftədən sonra yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Salome Zurabişvili tutduğu vəzifədən istefa verməli olacaq”, – Kobaxidze bildirib.

Seçkilər nəticəsində hakim “Gürcü Arzusu” partiyasının namizədi Mixail Kavelaşvili Gürcüstanın yeni prezidenti seçilib.

Bundan əvvəl Zurabişvili səlahiyyət müddəti bitdikdən sonra prezident sarayını tərk etməyəcəyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki