image-n1karobka_ads
image-123
image-68340a30ae5ac904914c9492backend

Hakan Fidan Moskvada Putin və digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirməyi planlaşdırır

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 26-da Rusiyaya başladığı səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Prezidentin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşməyi planlaşdırır.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla yayıb.

Mənbənin sözlərinə görə, Hakan Fidan mayın 27-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla da görüşəcək. Səfər çərçivəsində türkiyəli nazir həmçinin “Rusiya–Türkiyə Sahibkarlar İttifaqı”nın İdarə Heyətinin üzvləri ilə də görüşməyi nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Fidanın mayın 26–27-də Rusiyaya işgüzar səfər edəcəyini daha əvvəl açıqlamışdı.

Xatırladaq ki, mayın 27-də Yəmən Prezident Şurasının sədri Rişad əl-Alimi də Rusiyaya səfər etməyi planlaşdırır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki