RİA Novosti xəbər verir ki, siyasətçilərin və məşhurların yüzdən çox hesabını sındıran britaniyalı haker Cozef O’Konnora 5 il həbs cəzası verilib.
“Cozef O’Konnor… geniş yayılmış kibercinayətkarlıq fəaliyyətində iştirakına görə 5 il həbs cəzasına məhkum edilib”, – Nyu Yorkun Cənub Bölgəsi üzrə ABŞ Prokurorluğunun açıqlamasında deyilir.
Qeyd olunur ki, O’Konnor məhkəmə prosesində təqsirli olduğunu etiraf edib – o, 2020-ci ildə siyasətçilərin və məşhurların 130 hesabını sındırdığını, 45 qeydin isə saxtakarlıq üçün istifadə edildiyini bildirib. O’Connor və onun əlaltıları hələ ödənilməmiş kriptovalyutalarda cəmi 794 min dollar oğurlayıblar.
Mənbə: RİA Novosti

























