İranın paytaxtı Tehrandan gələn təyyarələr hücum təhlükəsi səbəbindən müvəqqəti olaraq Hamburq hava limanına uçmayacaq.
Bu barədə Almaniyanın “Focus” nəşri məlumat yayıb.
“İranın paytaxtı Tehrandan gələn təyyarəyə hücum təhlükəsi ilə əlaqədar bazar ertəsi Hamburq hava limanında uçuşlar tamamilə dayandırılıb”, – deyə məlumatda bildirilir.
Hava limanının sözçüsü Alman mətbuat agentliyinə bildirib ki, yerli vaxtla saat 12:40-dan bəri heç bir uçuş və ya eniş olmayıb.
Federal polis sözçüsü bildirib ki, polis bu səhər Tehran-Hamburq təyyarəsinə hücumla hədələyən e-poçt məktubu alıb. Nəşrin qeyd etdiyi kimi, bu təhlükə çox ciddi qəbul edilir.
Mənbə: Gazeta.ru