image-2000x150px
image-resizerbackend

 Heç şübhə yoxdur ki, Senatın qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək

image-728x90px

Dünən Fransa Senatı qərəzli, heç bir əsası olmayan Azərbaycan əleyhinə qərar qəbul etdi…

Sənədin qəbulunda 332 senator iştirak etdi, lehinə 295, əleyhinə isə 1 senator səs verdi. Bu da o deməkdir ki, uzun illər iki ölkə arasında aparılan işlər, dostluq münasibətləri, yatırılan investisiyalar nəticəsində Fransada cəmi 1 dost senator qazana bilmişik. Əslində, bu qətnamə Fransanın Azərbaycanda heç dostunun olmamasını göstərir.

Senat, ölkəmizə qarşı sanksiyalarla bərabər, hətta qondarma “Artsax Respublikası”nı n müstəqilliyini tanımağa çağırdı. Beləliklə də, Fransa Senatının qətnaməsi ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə saldı. Eyni zamanda Paşinyanın Fransa Senatına minnətdarlıq məktubu da göndərəcəyi gözləniləndir.

Hesab edirəm ki, bu qərar Fransanın özünü erməni cəbhəsinin arxasındakı çirkli səngərə atdığının sübutudur. Heç şübhə yoxdur ki, Senatın qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək. Buna görə də Azərbaycan həm siyasi, həm də sərhəd cəbhəsində həmişə olduğu kimi güclü dayanmalıdır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki