image-n1karobka_ads
image-123
image-68dbd5afae5ac910c17c5748backend

Hegseth: ABŞ qoşun və silah yaratmalıdır

image-ad_qayo_720x110px

Pentaqon katibi Pete Hegseth Quantico dəniz piyadaları bazasında amerikalı general və admirallara müraciətində bildirib ki, ABŞ sürətlə hərbi potensialını artırmalıdır.

Doğru.az xəbər verir ki, o çıxışında bu sözləri deyib:
“Bu təcili məqam daha çox qoşun, daha çox döyüş sursatı, daha çox pilotsuz təyyarə, daha çox Patriot, daha çox sualtı qayıq, daha çox B-21 bombardmançı təyyarəsi tələb edir”.

Hegseth həmçinin vurğulayıb ki, ABŞ-ın daha çox innovasiyaya və hərbi sahədə süni intellektin tətbiqinə ehtiyacı var. O, kiber və kosmik imkanların da gücləndirilməsini vacib sayıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Kaine də bir müddət əvvəl çıxışında “ABŞ sülh üçün çalışır, amma müharibəyə hazır olmalıdır” demişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki