Ümumi praktikant Lyudmila Lapa ev şəraitində sağlam atmosferin qorunması üçün optimal temperatur və havalandırma qaydalarından danışıb.
Doğru.az xəbər verir ki, həkim RT-yə müsahibəsində evdə rahat temperaturun +24 °C olduğunu bildirib:
“+16 °C və ya +26 °C kimi temperaturlar artıq narahatedici sayılır. Bu zaman oksigen və karbon qazının nisbəti pozulur və nəfəsalma çətinləşir”.
O, həmçinin qeyd edib ki, mənzilin kirayəçisi xəstə olub-olmamasından asılı olmayaraq, otaqlar mütəmadi havalandırılmalıdır. Xüsusilə yatmazdan əvvəl yarım saat təmiz hava qəbul etmək vacibdir. Lakin yatarkən pəncərələrin bağlanması tövsiyə olunur.
“Xəstə insan otağın havası dəyişdirilərkən hipotermiyadan qorunmaq üçün ya otağı tərk etməli, ya da tam geyimdə olmalıdır”, – deyə Lapa əlavə edib.
Qeyd edək ki, daha əvvəl həkim Nadejda Logina soyuq allergiyasının necə müəyyənləşdirildiyini açıqlamışdı.
DOĞRU.AZ