image-2000x150px
image-123
image-ads_atlas
image-d8f6ee933419d6f5993b0074869ddba6-1backend

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər – FOTO

image-728x90px

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlar əvvəlcə Hərbi İnstitutun ərazisindəki muzeydə ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən foto stendlə tanış olublar.

Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib, burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.

Xarici ölkələrin hərbi nümayəndələrinə xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Qonaqlara, həmçinin görüşün bədii hissəsində hərbi orkestrin ifa etdiyi musiqi kompozisiyaları ərməğan edilib.

Sonda qarşılıqlı hədiyyələr mübadiləsi olub və xatirə fotosu çəkdirilib.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki